Bakıda daha bir avtobus qəzası baş verdi

img

23-09-2013 [14:34]



Bakıda daha bir avtobus qəzası baş verib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.

100 nömrəli xətt üzrə hərəkət edən "DAEWOO” markalı sərnişin avtobusu ilə 21 nömrəli xətt üzrə hərəkət edən "DAEWOO” markalı sərnişin avtobusu toqquşub.

Nəticədə 100 nömrəli xətt üzrə hərəkət edən avtobus "HYUNDAİ” markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı 100 nömrəli sərnişin avtobusunda olan iki nəfər xəsarət alıb. Xəsarət alan hər iki sərnişin hadisə yerinə gələn təcili yardım avtomobilində tibbi yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA