"Əgər Tahir Mrkişiliyə səs verilsəydi..." - Deputatın rəqibi etiraz edir, hələ də protokolları ala bilmədiklərini deyir

img

25-02-2020 [11:03]


Xəbər verdiyimiz kimi, dünən Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizəd Elşad İsrafilovun müraciətinə baxılıb.

Mia.az xəbər verir ki, müraciətin araşdırılması zamanı dairə üzrə 2 seçki məntəqəsində (7 və 32 saylı) ciddi pozuntuların olduğu təsdiqlənib və bu səbəbdən həmin məntəqələrdə səsvermənin nəticələri hazırkı deputat  və dairə üzrə lid3er namizəd Tahir Mirkişilinin lehinə saxtalaşdırılmasına görə etibarsız sayılıb.

Mia.az xəbər verir ki, bu barədə rəsmi xəbəri səhifəsində paylaşan həmin dairə üzrə deputatlığa namizəd Kamil Abdullayev həm Tahir Mirkişiliyə, həm də MSK-ya etiraz edib.

O, MSK sədri Məzahir Pənahova qısa müraciətində belə yazıb:

"Məzahir Pənahov, Sumqayıt seçicilərinə saxtakarlıqla seçilmiş millət vəkili lazım deyil. Bir məntəqədə belə Tahir Mirkişiliyə ən çoxu 20 səs verilməyib. Çünki tanımırlar. Əgər səs verilsəydi, məntəqələr səsvermənin nəticəsinə əlaqədar yekun protokollar namizədlərə verilərdi. Bu günə kimi yekun protokolu ala bilməmişik..Ayıbdır, xalqı dolamayın. Tahir Mirkişili saxta seçilib".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR