MSK DAHA İKİ DAİRƏ VƏ İKİ DEPUTATLA BAĞLI ŞİKAYƏTİ ARAŞDIRDI - 5 məntəqədə səsvermə ləğv olundu

img

19-02-2020 [17:24]


MSK bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 90 saylı Ağdaş seçki dairəsindən namizəd Səidə Cəbrayılovanın müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

MSK üzvü bildirib ki, namizəd müraciətində qeyd edib ki, DSK tərəfindən onun hüquqları pozulub:

“Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma nəticəsində 6 və 7 saylı seçki məntəqələrində pozuntular aşkar edilib. Digər məntəqələr üzrə isə pozuntular müəyyən edilməyib. Bununla əlaqədar 2 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 2 seçki məntəqəsi (6 və 7 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, 2 məntəqənin nəticələrinin ləğv edilməsi bu dairə üzrə lider namizədin dəyişməsinə səbəb olmayıb.

Bu dairənin lider namizədi deputat Cavid Osmanovdur.

                                                                                                   ***

MSK bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 47 saylı Mingəçevir seçki dairəsindən namizədlər Qurbanəli Yusibov və İbrahim Salamovun müraciətə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

MSK üzvü bildirib ki, namizədlər müraciətində qanun pozuntusunun bir çox seçki məntəqəsində olduğunu qeyd edib:

“Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma nəticəsində 9, 17 və 21 saylı seçki məntəqələrində pozuntular aşkar edilib. Bununla əlaqədar 3 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 3 seçki məntəqəsi (9, 17 və 21 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, 3 məntəqənin nəticələrinin ləğv edilməsi bu dairə üzrə lider namizədin dəyişməsinə səbəb olmayıb.

Bu dairə üzrə lider namizəd YAP-çı deputat Aydın Mirzəzadədir/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı