ATV-dən işdən çıxarıldığı deyilən teleaparıcı haqda - Açıqlama

img

17-02-2020 [20:04]


Bu gün sosial şəbəkələrdə tanınmış teleaparıcı İlkin Həsəninin ATV-dən çıxarılması haqda məlumat paylaşılıb.

Yayılan məlumatda onun sosial şəbəkədə 9 fevral seçkiləri ilə bağlı yazdığı statusa görə telekanal tərəfindən cəzalandırıldığı iddia edilib.

Azxeber.com məsələni dəqiqləşdirmək üçün ATV telekanalı ilə əlaqə saxlayıb.

Telekanaldan bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bunlar tamamilə yalan məlumatdır. İlkin Həsəni öz işindədir. Onun layihə rəhbəri olduğu "Buğlama" şousu da yayımını davam etdirir. Onu da qeyd edək ki, "Buğlama" production layihəsidir".

Xatırladaq ki, İlkin Həsəni seçkilərdən sonra saxtakarlıq edən şəxslər haqda sosial şəbəkədə sərt fikirlər səsləndirmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq