Minimum pensiya məbləği də artırılacaq - Ekspertdən açıqlama

img

14-02-2020 [15:51]


Xəbər verdiyimiz kimi, Azərbaycanda minimum əməkhaqqının mərhələlərlə artırılması nəzərdə tutulur.

Bu barədə "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nda qeyd olunub.

Məsələ ilə əlaqədar "Yeni Sabah"a danışan iqtisadi məsələlər üzrə ekspert Vüqar Bayramov bildirib ki, həm minimum əmək haqqı, həm də orta aylıq əmək haqqının artırılacağı gözlənilir:

"Tədbirlər Planı"na uyğun olaraq, minimum əmək haqqı və orta aylıq əmək haqqının artırılacağı nəzərdə tutulur. 2025-ci ilədək olan dövrü əhatə edəcək bu "Tədbirlər Planı"nda digər istiqamətdə islahatların aparılması da nəzərdə tutulub. Xüsusən də əmək bazarı ilə bağlı islahatlar, peşə təliminin genişləndirilməsi, peşə məktəblərinin yaradılması, sosial xidmətlərin elektronlaşması kimi məsələlər var ki, onlar da məhz fəaliyyət planına daxil olan istiqamətlərdir".

Ekspert bildirib ki, minimum əmək haqqlarının artırılması pensiyaların da miqdarının artmasına təkan verəcək:

"2019-cu ildə orta aylıq əmək haqqında 16,6% artım baş verdi. Bu pensiyaların da artmasına gətirib çıxardı. Hər il orta aylıq əmək haqqındakı artıma uyğun olaraq, pensiyalar da indeksasiya olunur. Bu baxımdan növbəti illərdə də pensiyaların indekskəşdirilməsi davam edəcək. Bu da o deməkdir ki, 2025-ci ilədək biz pensiyalardakı artımı da müşahidə edəcəyik. Həmçinin, minimum pensiya məbləğinin artırılması ilə bağlı da qərar verilə bilər. Bu 5 illik bir plandır. Hələlik, artım məbləğləri konkretləşməyib. Nazirlər Kabineti tərəfindən bu məsələdə dəqiqləşdirmə aparılacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR