2 ayın gəlini özünü tövlədə asdı

img

20-09-2013 [10:37]



Cəlilabad rayonunda iki ayın gəlini intihar edib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Babalı kəndində qeydə alınıb. 20 yaşlı Şahbazova Tünzalə Ələddin qızı yaşadığı evin həyətindəki heyvan saxlanan tövlədə özünü asaraq intihar edib. 

Tünzalə Şahbazova 2 aya yaxın imiş ki, qonşu Lallar kəndindən Babalı kəndinə gəlin köçüb.

Mərhumun yaxınlarının verdiyi məlumata görə,Tünzalə xaraktercə sakit qız olub.Elə buna görə də Tünzalənin ailə münaqişəsi zəminində intihar etməsi güman olunur.

Hazırda faktla bağlı Cəlilabad rayonunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA