Ərdoğandan tələbələrə sərt sözlər: “Gedin meşədə yaşayın”

img

19-09-2013 [11:08]


Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan ona etiraz universitet tələbələrinə sərt sözlər deyib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Ərdoğan qatıldığı partiya toplantısında "Gezi Parkı” olaylarına görə, ona etiraz edən gənclərə "gedin meşədə yaşayın” deyə bildirib: "Çox maraqlı bir plakat gördüm. 3,5 min çarpayılıq xəstəxananın təməl qoyma mərasiminə gedirdim. Plakat belə idi. "Yol istemirik, meşə istəyirik”. Belə də plakat olar? Bunu düşünə bilirsinizmi? Universitet tələbəsi belə bir plakat açır. Meşə istəyənlər üçün, meşə boldur. Amma bunu bilmirlər. Yol mədəniyyətdir. Yolu olmayanın, suyu olmayanın mədəniyyətdən danışması mümkündürmü? Yol olmasa universiteteə belə gedə bilməzsən. Meşə istəyirsinizsə, sizi meşəyə göndərək. Amma şəhərdəki xalqı narahat etməyin. Onlar belə deyirlərsə, biz yolların salınmasından imtina etməliyik? Yox". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA