Bəşər Əsəd Obamaya çağırış etdi

img

19-09-2013 [10:34]


Suriya prezidenti Bəşər Əsəd ABŞ prezidenti Barak Obamaya çağırış edib.

ANS PRESS-in məlumatına görə, ABŞ-in "Fox- News” tele-kanalına müsahibəsində Barak Obama ilə görüşmək imkanı olsaydı, ondan xalqın tələbinə əməl etməsini istəyəcəyini bildirib. 

Barak Obamanın öz sözünü ona deyəcəyini açıqlayıb: "İnsanların ümümi istəklərini yerinə yetirmək, yetərlidir”. ABŞ ictimaiyyətinin Obamanın Suriyaya qarşı hərbi müdaxilə planını dəstəkləmədiyinə işarə edən Bəşər Əsəd onu fikrindən daşınmasını istəyib. 

Qeyd edək ki, Barak Obama Suriyaya qarşı hərbi müdaxilə planını Rusiyanın Bəşər Əsəd rejiminə məxsus kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi təklifindən sonra təxirə salıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA