Ermənistan AES-i bağlandı

img

25-09-2013 [19:25]


Ermənistandakı Mtsamor Atom Elektrik Stansiyası iki aylığa bağlanıb. Musavat.com erməni KİV-nə istinadla xəbər verir ki, bu, stansiyanın illik planlı təmiri və yeni nüvə yanacağı ilə doldurmaq, habelə təhlükəsizlik tədbirlərini gücləndirmək zərurəti ilə əlaqədardır.

Qeyd edək ki, 1976-ci ildə işə salınan Ermənistan AES heç də bölgənin bütün təhlükəsizlik parametrlərinə cavab verən nüvə obyekti sayılmır və kifayət qədər köhnə hesab edilir. Bir ara - 1989-95-ci illərdə o, hətta qapadılıb da.

Bununla belə, qonşu ölkənin energetika naziri Armen Movsisyan sentyabrın 13-də hökumətin iclasında AES-in istismarının 2026-cı ilədək uzadılacağını bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA