“Frans Press” tutulan jurnalistdən yazdı

img

18-09-2013 [22:12]


Azərbaycanda tanınmış jurnalist və müxalifət fəalı prezident seçkiləri ərəfəsində saxlanılıb və barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Bu barədə Fransanın "Frans Press” agentliyinin Pərviz Həşimlinin həbsi ilə bağlı yaydığı xəbərdə bildirilir.

Agentliyin xəbərində daha sonra deyilir: "Qanunsuz silah saxlama və qaçaqmalçılıqda ittiham olunan Pərviz Həşimli "Bizim Yol” qəzetinin əməkdaşı və müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. "Bizim Yol” əməkdaşlarının verdikləri məlumata görə, Pərviz Həşimlinin evində və işlədiyi redaksiyada axtarış aparılıb. Əməkdaşının cinayət törətdiyinə inanmayan "Bizim Yol” qəzetinin yaydığı bəyanatda bildirilir ki, "obyektiv və qərəzsiz istintaqın aparılacağına ümid edirik”.

Hüquq müdafiə təşkilatları Azərbaycanda söz azadlığının məhdudlaşdırıldığını və fərqli düşünənlərin həbs edildiyini bildirirlər”.

Qeyd edək ki, "Frans Press” agentliyinə istinadən xəbər dünyanın bir sıra onlayn resurslarında yayılıb.


"Bizim Yol"

Digər xəbərlər
SON XƏBƏRLƏR