“Kontakt Home”  haqqında rəsmi araşdırma başlayıb - Qanunu pozub

img

25-06-2025 [15:08]


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “ABC-Telecom” MMC-nin (“Kontakt Home” mağazalar şəbəkəsi) fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması hallarını araşdırıb.

Mia.az Agentliyə istinadən xəbər verir ki, araşdırma “HOFFMANN” markalı yağla işləyən elektrik qızdırıcılarının satışı ilə bağlı haqsız rəqabət əlamətlərinə dair şübhələr əsasında aparılıb və artıq yekunlaşıb.

Araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyindən, bu fakta hüquqi qiymət verilməsi məqsədilə Rəqabət Komissiyasının yaradılması barədə qərar qəbul edilib.

Müvafiq qərardan sonra şirkət barəsində rəqabət qanunvericiliyinin pozulması faktı üzrə işin qaldırılması məsələsinə baxılacaq(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA