"“Mövqe” kimi mənasız qəzetə bu qədər vəsait niyə ayrılır?!" - Ekspertlərdən etiraz
04-02-2020 [21:03]
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Müşahidə Şurasının ötən gün baş tutan iclasında 2020-ci ilin I yarısı üzrə maliyyə yardımı ayrılacaq qəzetlərin siyahısı təsdiqlənib.
Siyahıda ən çox diqqəti çəkən məqam “Kaspi” qəzetinin maliyyə yardımından kənarda qalmasıdır. Haqqında danışılan qərar KİVDF və onun rəhbərliyinin fəaliyyətini yenidən müzakirə mövzusuna çevirib.
Bu barədə fikir bildirən ekspertlər Şuranın fəaliyyətində köklü keyfiyyət dəyişikliyinin zəruriliyini önə çəkirlər.
Mia.az xəbər verir ki Fondun haqqında danışılan qərarını Yeniçağ.az-a dəyərləndirən professor Qulu Məhərrəmli bildirib ki, qəzetlərə bu formada maliyyə yardımı ayrılmasının fəlsəfəsi yalnışdır:
“Fondun müəyyənləşdirdiyi kateqoriyalar nisbi, sürüşkən və ağlabatan deyil. Məsələn, necə ola bilər ki, birinci kateqoriyaya “Mövqe” və onun kimi mənasız, heç bir ictimai rəy formaşaldırmayan qəzetlərə bu qədər vəsait ayrılır?
Azərbaycanda keyfiyyətli qəzet problemi var. Birinci kateqoriyaya düşən qəzetlər nə qədər populyar, keyfiyətli və oxunaqlıdır? Bu sırada “Kaspi” qəzetinə maliyyə yardımı ayrılmaması yalnışlıqdır. “Kaspi” qəzeti mahiyyət etibarilə “Mövqe” kimi qəzetlərdən yüz dəfə yaxşı qəzetdir. Ən azı, orada ədəbiyyat səhifəsi var, teatr səhifəsi maraqla izlənilir.
Düzdür, “Kaspi” qəzetini böyük tarixi olan, üç əsrin qəzeti kimi təqdim etməyi də dorğu saymıram. “Kaspi” qəzeti bu millət üçün bir mərhələdə dəyərli qəzet olub. O da 1896-1898-ci illərdə Əhməd bəy Ağaoğlu orada işləyəndə, Topçubaşov onun baş redaktoru olanda, Xoyski, Həsən bəy Zərdabi məsləhətçi kimi “Kaspi”də çalışanda… “Kaspi” qəzeti Cümhuriyyət dövründə bağlandı, buna səbəb də qəzetdə Cümhuriyyət və milli düşüncə əleyhinə yazıların verilməsi idi…
İndi bərpa ediblər, orta səviyyədə olan bir qəzetdir. Əli Həsənova görə bu qəzetə maliyyə ayrılmaması yalnışdır. Ehtimal edirəm ki, bu məsələdə başqa məqsəd də var. “Kaspi”dən əzabkeş bir şey yaratmağın da əleyhinəyəm”.
Qulu Məhərrəmli mediaya yanaşmanın dəyişmədiyini də sözlərinə əlavə edib: “Görünən odur ki, mediaya yanaşma əvvəlki qaydada qalıb. Bu, çox yalnış bir xətdir. Bu məssələyə yenidən baxılmalıdır”.
KİVDF-nun fəaliyyətinə gəldikdə isə Qulu Məhərrəmli bunları deyib: “KİVDF olmalıdır, ancaq öz Nizamnaməsinə uyğun fəaliyyət göstərməlidir. Cürbəcür müsabiqələr keçirmək, icra hakimiyyətləti ilə görüşlər kimi mənasız, mətbuata aid olmayan məsələlər ləğv edilməlidir. Ümumiyyətlə, Fondun fəaliyyətinə yenidən baxılmalıdır”.
Tanınmış jurnalist Seymur Verdizadə də KİVDF-də ciddi islahatlar aparılılmasının vacibliyi qənaətindədir: “Ölkədə islahatlar aparılmağa başlayanda bildirdim ki, bu dalğa mətbuata, KİVDF-a da çatmalıdır. Təəssüflər olsun ki, KİVDF hələ də islahatlardan kənarda qalıb. Ancaq media islahatlardan kənarda qala bilməz. KİVDF islahatlara əlahiddə ehtiyacı olan bir qurumdur”.
“KİVDF-nun qəzetlərə maliyyə ayırması və keçirdiyi müsabiqələrin nəticələri ilə bağlı narazılıqlar həmişə olub”, – deyən Verdizadə qeyd edib ki, mətbuata dövlət yardımının yeni mexanizmi tapılmalıdır:
“Mövqe” qəzetinə dövlət büdcəsindən aylıq 20 min manat vəsaitin ayrılması yumşaq desək, büdcə vəsaitinin talan olunmasıdır. Azərbaycan dövlətinin Maliyyə Nazirliyi, dövlət büdcəsinə nəzarət etməli olan qurumlar KİVDF-nin fəaliyyətinə həssas yanaşmalıdırlar. Bizim vergilərimiz hesabına formalaşan büdcəni talan etməyə heç kimin haqqı yoxdur”.
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib