"Azərsığorta" müflisləşib? - ASC maşınların sığortasını dayandırıb

img

01-11-2023 [11:37]


Dövlətə məxsus "Azərsığorta" ASC avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə satışı müvəqqəti dayandırıb.

Mia.az xəbər verir ki, bu barədə şirkət məlumat verib.

Bununla belə, səhmdar cəmiyyəti qərarın səbəbinə aydınlıq gətirməyib.

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. Onun nizamnamə kapitalı 9 milyon manatdır.

Bu il yanvarın 1-nə səhmdar cəmiyyətinin balans kapitalında 7 milyon manatdan çox çatışmazlıq olub (kapitalı mənfiyə düşüb). Bu isə faktiki müflislik deməkdir(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA