Bakıda yol polisini bıçaqlayan şəxs saxlanıldı

img

18-09-2013 [13:30]


Bakıda yol polisini bıçaqlayan şəxs tutulub.

Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, ötən gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Rantiq Məmmədovu bıçaqlayan 1994-cü il təvəllüdlü Elvin Arzu oğlu Mirzəyev tutulub.

Qeyd edək ki, hadisə sentyabrın 16-da Səməd Vurğun küçəsində qeydə alınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı R.Məmmədov xidmətdə olarkən adı hələlik istintaqa məlum olmayan sürücü tərəfindən bıçaqlanıb. Baş nahiyəsindən bıçaq xəsarəti alan R.Məmmədov Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA