"Əllərinizi qaldırın, bu saatı haradan alıbsan?" - Heydər Əliyev Kəmaləddin Heydərovu da belə faktla üz-üzə qoymuşdu + VİDEO

img

28-01-2020 [13:57]


“Məktəbə gələn qız niyə qızıl bilərzikdə gəlsin?”.

Mia.az  Moderator-a istinadla xəbər veirr ki, bu, mərhum Prezident Heydər Əliyevin bahalı saat gəzdirən məmurlarla bağlı iclasda səsləndirdiyi sözdür.

Mərhium Heydər Əliyev çıxışında bildirib ki, o vaxt qəzetdə çıxan xəbərlə bağlı araşdırma apardırıb. Hətta "raykom" katiblərini (indiki icra başçıları) divara dirəyib: "Onlara dedim ki, əllərinizi qaldırın, saatlarınıza baxacam, siz bunu necə alıbsız?".

Maraqlıdır ki, bu gün nəinki icra başçıları, deputatların çoxu, yaxud digər yüksək vəzifə sahiblərii, hətta övladları belə 1-2 milyonluq saat taxır, 100-300 minlik maşınlarla Bakı küçələrində şütüyür, xaricdə onlarla obyekt sahiblərinə çevriliblər, lakin bu barədə yazılanlara çox vaxt reaksiya verilmir... 

Mia.az xatırladır ki, Heydər Əliyev hətta bir dəfə iclasda indiki FHN rəhbəri Kəmaləddin Heydərovu qəfil ayağa qaldırıb "Deyəsən saatı yenə dəyişbsən" deyə, xəbərdarlıq edib.

Həmin iclası xatırlayanlar olar, yəqin. K.Heydərov çox gərgin vəziyyətə düşərək, hətta əllərini belə stolun altına soxmuşdu...

Həmin anın videosunu Mia.az olaraq axtarsaq da, təəssüf ki, tapa bilmədik. Lakin aşağıda təqdim etdiyimiz digər videodakı iclasda da Heydər Əliyevin K.Heydərovu necə gərgin vəziyyətə saldığı faktı var...

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR