"Bank Respublika" və Qara Dəniz Ticarət və İnkişaf Bankı irihəcmli kredit sazişi imzalayıb
                12-09-2025 [11:11]
Qara Dəniz Ticarət və İnkişaf Bankı Bank Respublika-ya 25 milyon manat məbləğində kredit ayırıb
Azərbaycanın maliyyə sektorunda mühüm yer tutan və real sektorun inkişafına davamlı dəstək göstərən aparıcı maliyyə institutlarından biri olan "Bank Respublika" ilə regionun nüfuzlu beynəlxalq maliyyə qurumlarından olan Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) arasında yeni maliyyə sazişi imzalanmışdır.
Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Banka 3 il müddətinə 25 milyon manat məbləğində kredit ayıracaq və vəsait milli valyutada təqdim ediləcək.
""Milli valyutada kreditləşmə kiçik və orta sahibkarlığın dəstəklənməsinin ən səmərəli yollarından biridir. Bu, sahibkarlara valyuta risklərinin yükü olmadan davamlı və inamlı şəkildə böyüməyə imkan yaradır. Bank Respublika ilə bu əməkdaşlıq yalnız tərəfdaşlığımızda yeni mərhələ deyil, həm də Azərbaycanın qeyri-neft iqtisadiyyatının gücləndirilməsi istiqamətində strateji addımdır. Birlikdə biz sahibkarlar üçün daha geniş imkanlar yaradır, innovasiyaları dəstəkləyir və uzunmüddətli iqtisadi dayanıqlığa töhfə veririk. BSTDB, ölkə üzrə dayanıqlı inkişaf və rifahı təşviq etməkdə Bank Respublika ilə yanaşı addımlamaqdan qürur duyur."– deyə BSTDB prezidenti Dr. Serhat Köksal bildirib.
"Bu vəsait "Bank Respublika"nın ölkə iqtisadiyyatında kiçik və orta sahibkarlığın (KOB) maliyyə imkanlarını genişləndirməklə onların dayanıqlı inkişafına, qeyri-neft sektorunun gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və yeni biznes təşəbbüslərinin dəstəklənməsinə xidmət edəcək. "Bank Respublika"nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır. Biz Qara Dəniz Ticarət və İnkişaf Bankına əməkdaşlığa görə təşəkkür edirik və əminik ki, cəlb olunan vəsaitlər real sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın kredit dəstəyini gücləndirməyə və bununla da ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək." deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib
Azərbaycan və Əlcəzair XİN başçıları arasında görüş keçirilib
Maştağa və Albalılıqda işıq olmayacaq
AEM: Oktyabrda apteklərdən 8 dərman vasitəsi yığışdırılıb
Pakistanda Ali Məhkəmənin binasında qaz balonu partlayıb
Sabah Bakıda və rayonlarda leysan olacaq - PROQNOZ
Binəli Yıldırım: Türk dövlətləri arasında qarşılıqlı ticarət dövriyyəsi cəmi 70 milyard dollardır
Zəngilan şəhərinə qayıdışla bağlı ilk püşkatma keçirilib
İranda neft emalı zavodunda güclü yanğın baş verib
Bakıda vətəndaşa əlillik dərəcəsi almaqda kömək edəcəyinə yalan vəd verən qadın saxlanılıb
Zəfər Günü ilə əlaqədar məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin siyahısı açıqlanıb
Lənkəranda bir neçə gün əvvəl əməliyyat olunan xəstə ölüb
Qafqaz Müsəlmanları İdarəsində şəhid ailələrinin üzvləri və qazilərlə görüş keçirilib
Tovuzda 68 yaşlı kişi yıxılaraq ölüb
Siyəzəndə yeni doğulan körpə ölüb
Xəzər sahilində 112 ölü suiti aşkarlanıb
Azərbaycan nefti cüzi bahalaşdı
Gənclərimizi “zəhərləyən” “Bizon”... - Deputatdan çağırış
"Emin Əmrullayev maaşını alıb?"
Çempionlar Liqası: bu gün 9 oyun oynanılacaq
Nepalda qar uçqunu olub - Yeddi nəfər ölüb, xəsarət alanlar var
Boluda dabaq xəstəliyi: 18 kənd və 4 məhəllə karantinə alınıb
İsrail Qəzzada həbs etdiyi fələstinliləri sərbəst buraxıb
Bodrumda 41 metrlik yelkənli qayıq "quma oturub"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş məmura bağlı olan şirkətlə 800 min manatlıq sövdələşmə olub
Osimhen UEFA-nın saytına müsahibə verib: "Çempionlar Liqasında fərq yaratmaq istəyirik"
İDEOLOJİ TƏRBİYƏ: Uzaq sahillərdə - Əli Cabbarov yazır
Romada 13-cü əsrə aid tarixi qüllə çökdü - Təmir zamanı (FOTO)
Alp dağlarında qar uçqunu: beş nəfər ölüb
Belçikada hərbi hava bazasında həyəcan - "F-16-ların yerlərini öyrənmək istəyirlər"
Sudanda vəhşət: 2 mindən çox insan qılıncla doğranıb - "Daha çoxunu öldürəcəyik" (FOTO)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Üzr istədi
Elton Məmmədov mülk və maşınlarını satıb