Oqtay Əsədov, Vasif Talıbov, Fəttah Heydərov, İsa Qəmbər, Sərdar Cəlaloğlu, Zaur Əhməd... - Seçkidə aktiv və passiv namizədlər + SİYAHI
28-01-2020 [10:55]
Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi nə qədər sürpriz qərar oldusa, bu seçikəldə iştirak edən xeyli namizədlər var ki, onlar da sürpriz hesab olunacaq təbliğat kampaniyası ilə diqqəti cəlb edir. Xüsusilə bu vaxta qədər parlament seçkilərinə qatılmayan, ilk dəfə öz şanslarını sınamaq istəyən, kirli siyasət oyunlarında iştirak etməyən gənc namizədlərdən söhbət gedir. Hansı ki, onların arxasında nə siyasi partiya dayanmayıb, nə güclü komandaları və həmçinin də böyük maliyyə vəsaitləri yoxdur. Hamısı da yazı-pozu ilə məşğul olan namizədlərdir.
Amma bütün bu olmazlara baxmayaraq, onlardakı yüksək özgüvən və apardıqları kampaniyanı böyük seçki təcrübəsi olan siyasətçilərin çoxunda görə bilmirik. İnsan o zaman uğur qazanır və diqqətləri cəlb edə bilir ki, o ətrafdakıların “bunu səndən gözləməzdik” reaksiyasına səbəb olacaq nəticələr göstərə bilir. Aşağıda adlarını qeyd edəcəyim gənc namizədlər həqiqətən də onlardan gözləmədiyimiz aktivlik və bununla bərabər kütləviliklə təbliğat apara bilirlər. Təbii ki, bu mənim şəxsi müşahidələrimə və subyektiv fikirlərimə əsaslanır. Ola bilər ki, bu kateqoriyadan olan və daha yaxşı kampaniya aparanlar var. Amma onlardan sadəcə olaraq xəbərim yoxdur...
Adlarını qeyd etdiyim namizədlərin sosial şəbəkə səhifələrinə keçidlər də qoyulur ki, yazını oxuyanlar keçid edib kampaniyanın gedişi ilə yaxından tanış ola bilsinlər.

Seçkilərin təbliğat-təşviqat kampaniyasında özünü həmişəkindən fərqli göstərənlərdən biri yazıçı Kəramət Böyükçöldür (Nəcəfov Kəramət Qəşəm oğlu) oldu. 80 saylı İmişli – Beyləqan seçki dairəsindən namizəd olan Böyükçöl aktiv kampaniya aparmağa, ətrafına kifayət qədər kütlə toplamağa nail ola bilib. Təbliğat kampaniyasının hər bir günündən səmərəli istifadə etməyə çalışır və bu üzdəndir ki, gün ərzində bir neçə görüş keçirir. “Öz adamınızı seçin” sloqanlı yazıçı öz həmyerliləri ilə dil tapmağı bacarır deyə bilərəm. Amma onları nə qədər inandıra bilib, bunu seçki qutuları göstərəcək.

Diqqətimi cəlb edən digər namizəd 120 saylı Cəbrayıl seçki dairəsindən namizəd, jurnalist Zaur ƏHMƏDdir (Zaur Əhməd oğlu Məmmədov). Hələ uşaq ikən atası Qarabağ savaşında şəhid olan Zaur Əhməd Cəbrayıl seçicilərinin, Qarabağ qazi və veteranlarının bir hissəsini öz ətrafında toplaya bilib. Görünən odur ki, bu vaxta qədər yalnız jurnalistika ilə məşğul olan namizədin təşkilatçılıq və kampaniya aparmaq, natiqlik və insanları inandırmaq bacarıqları üzə çıxıb. O kampaniyanın geridə qalan müddəti ərzində ətrafını xeyli sıxlaşdıra bilib.

Digər maraqlı namizəd telejurnalist Afət Telmanqızıdır (Afət Telman qızı Məhərrəmova). 125 saylı Zəngilan-Qubadlı dairəsindən namizəd olan Afətin kütləvi görüşlər keçirməsi problemdir. Bu isə dairənin seçicilərinin ölkənin ən müxtəlif bölgələrinə səpələnməsidir. Amma o təbliğatın ən effektiv üsulundan istifadə etməklə bu problemə qalib gəlməyi bacarır. Hər bir seçici ilə görüşür. Günün birinci yarısında Mərdəkanda pansionat, günorta Nərimanovda yataqxana, günün sonunda isə tutaq ki, Hacıqabulda seçici qapısı döyür. Dayanmır. Seçicilərlə üzbəüz, gözbəgöz ünsiyyət saxlayır.

Diqqəti cəlb edən digər namizəd media adamı olan 85 saylı Şamaxı seçi dairəsindən namizəd Rizvan Qəmbərlidir (Qənbərov Rizvan Böyükəmi). Bu namizəd də ilk gündən qar-yağışa baxmadan aktiv kampaniya aparır. Demək olar ki, hər gün seçicilərlə görüşlər haqda informasiya paylaşır, dükan, bazar demədən qapı-qapı seçicilərini inandırmağa çalışır. Seçkinin nəticəsinin nə olacağından asılı olmayaraq R. Qənbərli sözügedən rayonda müəyyən baza toplaya bilib.

Aktiv kampaniya aparanlardan biri də media nümayəndəsi, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən manizəd Nsimi Paşayevdir (Paşayev Nəsimi Məzahir oğlu). Son iki namizədi öncəkilərdən fərləndirən həm də odur ki, onların peşəkar komanda ilə işlədikləri hiss olunur. N. Paşayev də hər gündən faydalanmağa cəhd göstərir. Kifayət qədər çox tərəfdar toplamaq üçün fərqli taktiki üsullardan istifadə edir. Görünən isə odur ki, bu özünü doğruldub və kütləviliyə nail ola bilib.
Kampaniya müddətində diqqəti cəlb edən digər bir amil isə 78 saylı Lerik seçki dairəsindən YAP-ın namizədi İqbal Məmmədovun həsəd aparılacaq qədər aktiv olmasıdır. Məmmədov sözügedən dairədən iki dəfə deputat seçilib və əvvəlki seçkilərdə bu formada təbliğat aparmayıb. Sərt relyef və hava şəraitinə baxmayaraq, qarda, yağışda görüşlər keçirir, xüsusilə qapı-qapı taktikasına üstünlük verir. İsti zallarda səs almaq dövrünün geridə qaldığını anlayan deputat apardığı kampaniya ilə sözün əsl mənasında həmkarlarına master-klass keçir. Onun bu prosesə güclü PR mütəxəssisləri cəlib etdiyini düşünənlər də var.
Və sonda bu kampaniyada evdən çölə çıxmayan namizədlər də mövcuddur. Məsələn, parlamentin spikeri Oqtay Əsədovun seçicilərlə görüşü haqda hər hansı xəbər görməmişəm. (Oqtay Əsədovun namizəd olduğu dairənin ərazisində yaşayıram). Və yaxud eks-spiker İsa Qəmbərin də seçicilərlə görüşü haqda nəsə eşitməmişəm. (İsa Qəmbərin namizəd olduğu dairənin seçicisiyəm). Və yaxud müxalifət liderlərindən ADP sədri Sərdar Cəlaloğlu, Müsavat Partiyasının başqanı Arif Hacılı, deputatlar Fəttah Heydərov, Vasif Talıbov və adlarını saya biləcəyim xeyli siyasətçinin bu seçkilərdə passiv namizəd rolu oynadıqları görünür.
Seçkinin taleyini isə qutulardakı səslər həll edir: Hər səs sayılır.
Elnur Məmmədli,
Yenisabah.az
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO, YENİLƏNİB)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ