Polis 16 yaşlı qızı xidməti maşınında zorladı

img

17-09-2013 [23:41]



Türkiyədə polis 16 yaşlı qızı zorlayıb. 

Türkiyə mətbuatının məlumatına görə, Qazientepdə yaşayan 16 yaşlı saç ustası H.P. evdən qaçaraq avtobusla Adanaya gedib. Qız orada polis işləyən 38 yaşlı Damet T. adlı şəxslə tanış olub. Qız ondan ailəsinin yanına qayıtmaq üçün kömək istəyib. Polis də ona kömək edəcəyini bildirib.


Damet qızı polis maşınına mindirib, onu bir müddət gəzdirib. Daha sonra onu ucqar bir yerə aparıb və onunla cinsi əlaqəyə girmək istədiyini təklif edib. Qız buna razı olmadıqda, polis onu xidməti maşınında zorlayıb. Bu zaman polisin həmkarı kənardan keşik çəkib. Sonra qızı yol kənarına ataraq, hadisə yerindən qaçıblar.

Qız bu barədə polisə şikayət edib. Təcavüzkar polis və onun həmkarı saxlanılıb. Məhkəmə onların günahını sübuta yetirib. Məhkəmə qızı zorlayan polisə 29 il, dostuna isə 14 il həbs cəzası verilib.

ANS PRESS

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA