"Kimsə məni qınayacaq, kimsə isə anlayacaq, ancaq məcbur qaldım..." - Tanınmış jurnalist seçkidən geri çəkildi

img

26-01-2020 [13:42]


73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd, tanınmış jurnalist Yelena Sidorenko (Eyvazlı) namizədliyini geri götürüb.

Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.

Jurnalist təəssüflə bildirib ki, namizədliyini geri çəkmək məcburiyyətində qalıb:

"Əziz dostlar və məni dəstəkləyənlər! Təəssüf hissi ilə bildirmək istəyirəm ki, öz namizədliyimi geri çəkmək məcburiyyətində oldum.

Kimsə məni qınayacaq, kimsə isə anlayacaq. Bildirim ki, bu seçki prosesinə mən və komandam xüsusi ilə hazırlaşdıq. Müasir seçki kampaniyasını nümayış etdirməyə çalışdıq. Rəy və fikirlərə görə, bu, bizdə alındı.

Lakin ailəmlə məsləhətləşdik və müəyyən problemləri göz önünə alaraq seçki kampaniyamızı dayandırmağa qərar verdik.
Bu günlərdə Lənkəran mənim üçün əsl evə, lənkəranlılar isə ailəmə çevriliblər. Sevinirəm ki, artıq Lənkəranda bir evə deyil, yüzlərlə evə elə öz evim kimi rahat gedə bilərəm. Mən öz gələcək fəaliyyətimdə Lənkəran üçün faydalı olmağa çalışacam. Amma, gözlədiyiniz kimi, Sizin millət vəkili kimi deyil.

Arzu edirəm ki, ölkədə aparılan islahatlar icraçılar tərəfindən vicdanla icra ediləcək və Vətənim, Azərbaycanımız inkişaf edəcək".

Jurnalist sonda bildirib ki, əlavə şərh və detallar barədə ona müraciət olunmasın: "Biz tarix yazdıq, elə tarix olaraq qalsın".

Xatırladaq ki, 73 saylı Lənkəran şəhər seçki dairəsindən YAP Lənkəran Təhsil Şöbəsidən Bağırov Güloğlan Baloğlan oğlunun namizədliyini irəli sürüb.

Əlbəttə, iqtidarın buradakı namizədinin birtərəf kimi seçkiyə qatılmış deputat Rüfət Quliyevin olduğunu rahat demək olar. Lakin bu dairədən tanınmış müsavatçı, yerli əhali arasında kjifayət qədər nüfuzu oan Yadigar Sadıqlının da meydanda olması Rüfət Quliyevə sürpriz yaşada bilər. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR