Dönərxanalarla bağlı yeni qaydalar olacaq

img

23-01-2020 [13:39]


Azərbaycanda dönərxanaların hansı standartlara uyğun olaraq fəaliyyət göstərməsi ilə bağlı sanitariya normativ aktlar qəbul olunacaq.

Bunu Qida təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə deyib.

Onun sözlərinə görə, ümumilikdə ət kəsimi ilə bağlı Agentlik özəl sektora dəfələrlə müraciət ünvanlayıb ki, onlar daha fəal olsunlar və bu sahəyə investisiya yatırsınlar.

"Çünki əsas problem məhz ət kəsimi məntəqələrindən qaynaqlanır. Ət kəsimi məntəqələri standartlara uyğun olsa, kəsim standartlara uyğun olsa, laboratoriyadan keçsə artıq digər sahələrdə bu problem olmayacaq. Ona görə biz qərara gəldik ki, Agentliyin nəzdində fəaliyyət göstərən Qida təhlükəsizliyi institutu MMC tərəfindən 40 ədəd standartlara uyğun et kəsimi məntəqələr yaratsın və özəl sektora təhvil versin. Bu ildən artıq bir neçə müəssisə açılacaq",- deyə R. Rüstəmzadə qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı