"Fənərbağça" Yusuf Akçiçekle bağlı məlumat yayıb

img

02-09-2025 [00:09]


"Fənərbağça" gənc futbolçusu Yusuf Akçiçekin "Əl Hilal"a transfer olunduğunu açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla bağlı "Fənərbağça" klubu açıqlama yayıb.

Açıqlamada deyilir:

"Futbol akademiyamızda yetişən futbolçumuz Yusuf Akçiçekin transferi ilə bağlı “Əl Hilal” klubu ilə razılıq əldə olunub."

Məlumatda bildirilib ki, "Fənərbağça" bu transferdən 22 milyon avro qazanacaq.

Fərid Əhmədov

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR