“Apple” şirkəti fevral ayında ucuz “Iphone”ların istehsal etməyə başlayacaq

img

22-01-2020 [16:36]


“Apple” şirkəti fevral ayında ucuz “Iphone”ların istehsal etməyə başlayacaq.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, yeni smartfon bu ilin mart ayında təqdim ediləcək.

Bu, “Iphone SE” dövründən sonra ilk ucuz model olacaq. Yeni “Iphone” zahirən “Iphone 8” modelinə bənzəyəcək.

Məlumata görə, yeni modeldə “Touch ID” quraşdırılacaq, lakin, bununla belə, “Face ID” olmayacaq. Smartfonun prosesoru hazırkı “Iphone 11” ilə eyni olacaq. Yeni modelin qiyməti barədə məlumat verilmir.


Digər xəbərlər
SON XƏBƏRLƏR