Putin sabiq Baş prokurora yeni vəzifə verdi

img

22-01-2020 [13:57]


Rusiya Prezidenti Vladimir Putin sabiq Baş prokuror Yuri Çaykanı yeni vəzifəyə təyin edib.

 V. Putinin imzaladığı müvafiq fərmana əsasən, Y. Çayka Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.  

Fərman imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, bu gün Rusiya Federasiya Şurasının plenar iclasında Y. Çayka Baş prokuror vəzifəsindən azad olunub. V. Putin tərəfindən namizədliyi irəli sürülmüş İqor Krasnov iclasda Baş prokuror vəzifəsinə təsdiqlənib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA