Gürcüstan müxalifəti yenidən aksiyalara başlayacaq

img

21-01-2020 [12:37]


Fevralın 4-dən etibarən Gürcüstan müxalifəti parlament binası qarşısında aksiyaları bərpa edəcək.

Bu barədə parlamentin müxalif “Milli Hərəkat” fraksiyasının sədri Roman Qoçiridze məlumat verib. Onun sözlərinə görə, aksiyalar hakim “Gürcü Arzusu” Paritiyası verdiyi sözü yerinə yetirənədək davam etdiriləcək.

“Onların iki seçimi var - ya kompromisə getməli, ya da seçkidən öncə iflas etməlidirlər”, - deyə R. Qoçiridze bildirib.

Qeyd edək ki, Gürcüstan müxalifəti ötən il iyununun 19-dan etibarən proporsional seçki sisteminə keçid tələbi ilə müəyyən fasilələrlə etiraz aksiyaları keçirir/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA