Dəhşətli qəza: sərnişin maşında diri-diri yandı

img

17-09-2013 [11:00]


Sumqayıt şəhərində vətəndaşa məxsus "Niva” markalı minik avtomobilinin digər vətəndaşa məxsus "Subaru” markalı minik avtomobili ilə toqquşması nəticəsində yanğın baş verib.

MİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nəticədə "Niva”nın sürücüsü müxtəlif bədən və yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Hadisə zamanı "Niva”da olan sərnişin 1958-ci il təvəllüdlü Novruzov Yaşar Novruz oğlunun meyiti aşkar olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA