"Putinə görə dayandıq, lakin artıq barışıq bitdi, müharibə davam edəcək" - Liviyada savaş davam edəcək

img

15-01-2020 [11:15]


Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın tərəfdarlarının cəmləşdiyi Nümayəndələr Palatasının nümayəndəsi Aqil Saleh ölkədə atəşin dayandırılması rejiminin sona çatdığını bildirib.

Bu barədə “Anadolu” agentliyi xəbər verir.

"Bizim üçün barışıq bitdi, müharibə davam edəcək", - deyə Saleh yerli telekanallardan birinin efirində bildirib.

Onun sözlərinə görə, Tobruk yanvarın 12-də Rusiya dövlətinin başçısı Vladimir Putinə hörmət etdiyinə görə gecə yarısından Liviyada barışığın tətbiqi haqqında təklifə müsbət reaksiya verib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA