Gəncədə ilk dərs günündə 5 məktəblini maşın vurdu

img

16-09-2013 [13:27]


Gəncə şəhərindəki orta məktəbin yaxınlığında bədbəxt hadisə baş verib. Hadisə bu gün səhər saatlarında şəhərin 16 saylı orta məktəbinin qarşısında qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən "Mercedes” markalı avtomobil yolu keçmək istəyən 5 məktəblini vurub. Müxtəlif bədən xəsarətləri alan məktəblilər Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Gəncə Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır, yaxın saatlarda ətraflı məlumat veriləcək. /APA/


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA