SEPAH sərnişin təyyarəsinin vurulmasının məsuliyyətini öz üzərinə götürdü: "İstənilən əmrə boyun əyəcəyik"

img

11-01-2020 [15:09]


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

"RİA Novosti"nin xəbərinə görə, bu barədə İranın Hərbi kosmik qüvvələrinin komandiri, briqada generalı Əmir Əli Hacızadə deyib:

“İran İslam İnqilabı Keşikçiləri Korpusu Ukrayna təyyarəsinin qəzaya uğraması üçün tam məsuliyyət daşıyır. Biz bütün məsuliyyəti öz üzərimizə götürürük və ölkələrin səlahiyyətlilərinin qəbul edəcəyi istənilən əmrləri yerinə yetirməyə hazırıq".

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA