"Ukrayna təyyarəsi raketlə vurulmayıb" - Rəsmi Tehran

img

10-01-2020 [13:25]


Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsi raketlə vurulmayıb.

Bu barədə İranın Mülki Aviasiya Təşkilatından bildirilib.

Bundan əlavə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi qəzanın başvermə səbəblərinin araşdırılmasının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına uyğun olaraq aparıldığını söyləyib.

"İran Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində vətəndaşları ölən ölkələrin mütəxəssislərinin istintaqda iştirakını alqışlayır. Bu ölkələri əldə etdikləri məlumatları qəzanın istintaqını aparan İran komitəsinə ötürməyə çağırırıq”, - XİN rəsmisi deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA