HƏFTƏR PUTİNLƏ ƏRDOĞANIN BİRGƏ ÇAĞIRIŞINI RƏDD ETDİ: "Savaşı genişləndirəcəyik"

img

09-01-2020 [23:59]


Liviyanın BMT tərəfindən tanınan Millli Hökumətinə qarşı silahlı mübarizə aparan Xəlifə Həftər Putinlə Ərdoğanın "atəşi dayandırın" çağırışını rədd edib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə onun özü açıqlama verib.

Həftər bildirib ki, Liviya Milli Ordusunun rəhbəri olaraq, bu çağırışa həssas yanaşır, lakin döyüşləri dayandırmaq niyyətində deyil: "Paytaxt Tripoliyə qarşı hücumlarımızı daha da genişləndirəcəyik Biz o zaman dayanacağıq ki, paytaxt Tripoli, Sirt və Misrata da daxil, Liviyanın bütün ərazilərini öz nəzarətimizə alacağıq".

Xatırladaq ki, Putinlə Ərdoğanın çağırışına Liviya Mili Hökuməti müsbət cavab vermişdi.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA