BMT-dəki daimi nümayəndə: "Süleymaninin öldürülməsinə görə "qisas əməliyyatı" tamamlanıb, əgər..." 

img

09-01-2020 [10:21]


"İran general Qasım Süleymaninin öldürülməsinə görə "qisas əməliyyatı"nı tamamlayıb və ABŞ tərəfdən aqressiv hərəkət olmazsa, yeni hərbi addım atmayacaq".

Bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi TASS-ın ABŞ Prezidenti Donald Trampın çıxışına Tehranın reaksiyasının necə olacağına dair sualını cavablandırarkən bildirib: "Bütün hərəkətlərimiz Süleymaninin öldürülməsinə mütənasib idi. Onlar tamamlanıb. ABŞ İrana qarşı hərbi əməliyyat keçirməzsə, biz də bu cür hərəkətlər etməyəcəyik".

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds qanadının komandiri, general Qasım Süleymani yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən öldürülüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA