İRAN ABŞ-ı YENƏ RAKETLƏRLƏ TƏHDİD ETDİ, BÖLGƏ DÖVLƏTLƏRİNƏ BARMAQ SİLKƏLƏDİ: "Vuracağıq"

img

08-01-2020 [21:59]


İran ordusunun Baş Qərargahının sözçüsü, general Əbülfəz Şikarçı ABŞ-ın hərbi bazalarına endirdikləri hava zərbələrinin davamının olacağını bəyan edib.

Mia.az Haberler.com-a istinadla xəbər verir ki, Fars agentliyinə danışan general Şikarçı ABŞ ordusunun bölgədən çəkilənə qədər hücumlarının davam edəcəyini deyib: "Axşamkı raket zərbələrimiz təsdiq etdi ki, ABŞ-ın, əslində, təriflədiyi müdafiə sistemləri belə yoxdur. Vurduğumuz hərbi baza ən böyük və ən müasir təhcizatlı olsa da, raketlərimizi durdura bilmədilər. Bu, bölgədə ABŞ-la birgə hərəkət edən dövlətlər üçün də bir dərs olmalıdır".

General daha sonra deyib ki, ötən gün endirdikləri raket zərbələrini intiqamlarının  bitməsi kimi görmürlər: "Əsl intiqam elə bir səviyyədə olacaq ki, amerikalılar hər şeylərini bölgədən toplayıb, getmək məcburiyyətində qalacaq".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA