Mövlud Çavuşoğlu sabah İraqa səfər edəcək

img

08-01-2020 [15:37]


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Cavad Zərif arasında telefon söhbəti olub.

Məlumata görə, telefon söhbətində regionda yaşanan vəziyyət müzakirə olunub. M. Çavuşoğlu bu gün Ukraynanın Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanındakı sərnişin təyyarəsində baş verən faciəli qəzada ölənlərlə bağlı başsağlığı verib. 

M. Çavuşoğlu bu gün telefonda Ukraynanın xarici işlər naziri Vadim Pristaykona da başsağlığı verib.

Qeyd edək ki, CNN-Türk televiziyası M. Çavuşoğlunun sabah İraqa səfər edəcəyini bildirib. Səfərin məqsədi regiondakı gərginliklə əlaqədar müzakirələr aparmaqdır. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA