ABŞ-dan İrana qarşı daha bir həmlə: nazirə viza verilmədi

img

07-01-2020 [11:00]


ABŞ BMT Təhlükəsizlik Şurasının iclasına getməyə hazırlaşan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə viza verməkdən imtina edib.

Bu barədə "Reuters" agentliyi ABŞ administrasiyasındakı məmura istinadən məlumat verib.

Qeyd olunur ki, qərar İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri general Qasım Süleymaninin İraq paytaxtı Bağdadda öldürülməsindən sonra iki ölkə arasındakı gərginliyin artması ilə bağlıdır.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının iclası yanvarın 9-da Nyu-Yorkda keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA