Stoltenberq İraqda vəziyyətlə bağlı NATO Şurasının fövqəladə iclasını çağırıb

img

05-01-2020 [22:03]


NATO-nun baş katibi Yens Stoltenberq İran generalı Qasım Süleymaninin İraqda həlak olmasından sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar təcili surətdə Şimali Atlantika Şurasının iclasını keçirmək barədə qərar qəbul edib.

Bu barədə alyansın nümayəndəsinə istinadən DPA agentliyi məlumat yayıb.

İclas sabah yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 18:00-da) nəzərdə tutulub. NATO-dan agentliyə bildirilib ki, toplantıda İran generalı Qasım Süleymaninin ABŞ-ın zərbəsi nəticəsində həlak olmasından sonra İraqda yaranmış vəziyyət müzakirə ediləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA