“Bu, bizim qarşılıqlı münasibətlərimiz üçün şərtdir" - Rəsmi Tehrandan ABŞ-a "barışıq əli" uzandı 

img

05-01-2020 [18:17]


İran ölkənin İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin ABŞ hərbçiləri tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu ölkə ilə nüvə sövdələşməsinə dair danışıqları “5+1” (Fransa, Böyük Britaniya, Almaniya, Rusiya, Çin və ABŞ) formatında davam etdirməyə hazırdır.

"RİA Novosti” xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi məlumat verib.

“Bu, bizim ABŞ-la qarşılıqlı münasibətlərimiz üçün şərtdir. Bununla belə, generalla bağlı baş verənlərə cavab vermək lazımdır”, - deyə o, qeyd edib/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA