Britaniya iranlı generalın öldürülməsinə haqq qazandırdı:  "ABŞ vətəndaşlarını müdafiə etmək  hüququna malikdir"

img

05-01-2020 [10:19]


Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, ABŞ "beynəlxalq qanunlara uyğun olaraq" İran generalı Qasım Suleymaninin zərərsizləşdirilməsi hüququna malik idi, çünki bu addım özünümüdafiə üçün atılıb.

Bu barədə "İnterfaks" məlumat yayıb.  

"Beynəlxalq qanunlara uyğun olaraq Birləşmiş Ştatlar özünü vətəndaşlarına bilavasitə təhlükə törədənlərdən müdafiə etmək  hüququna malikdir", - deyə nazir bildirib.

Uollesin bu bəyanatı amerikalı həmkarı Mark Esperlə telefon danışığının nəticəsinə əsasən yayılıb.

Britaniya naziri regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkənin hərb gəmilərini Hörmüz boğazı ərazisindəki ticarət gəmilərinin mühafizəsinə yönəltdiyini təsdiqləyib.

Ben Uollesin sözlərinə görə, o, “HMS Montrose and HMS Defender” gəmilərinə Yaxın Şərq ərazisində çıxışa hazırlıq haqqında əmr verib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA