RƏSMİ BAĞDADDAN ABŞ-a QARŞI HƏMLƏ: "Ölkədə sərbəst əməliyyat keçirə bilməyəcəklər"

img

04-01-2020 [22:52]


İranlı general Qasım Süleymaninin Bağdadda öldürülməsindən sonra İraq ölkə ərazisində olan ABŞ ordusunun sərbəst  hərbi əməliyyat keçirmələrinə rəsmi məhdudiyyət tətbiq edib.

Bu barədə İraqın Baş Naziri Adil Abdulmehdinin hərbi məsələlər üzrə sözçüsü, general Abdulkərim Hələf açıqlama yayıb.

O bildirib ki, bu gündən ABŞ, o cümlədən ABŞ öncülüyündəki İŞİD-ə qarşı koalisyon qüvvələrinə Iraqın Baş Naziri Adil Abdülmehdinin razılığı olmadan ölkə ərazisində əməliyyat keçirmələrinə icazə verilməyəcək: "Təkrar edirik, bundan sonra Baş Nazirin razılğı olmadan ABŞ hərbçiləri ərazilərimizdə hər hansı bir əməliyyat apara bilməyəcək".

General NATO-nun İraq əsgərlərinə keçdiyi hərbi təlimi dayandırmasına da cavab verib: "Silahlı qüvvələrimizə təlim vermək üçün alternativ yollarımız var".

Strateq.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA