"Bu, bölgədə sülhə və sabitliyə ciddi təhlükədir" - Ankara İranlı generalın öldürülməsi haqda bəyanat yaydı

img

04-01-2020 [16:57]


"Türkiyə hökuməti son günlər bölgədə baş verən hadisələrdən ciddi narahatdır".

Mia.az xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin ABŞ tərəfindən iranlı generalın  öldürülməsi haqda aydığı bəyanatda deyilib.

Qeyd edilib ki, xüsusilə İraq ərazisindəki hadisələrin münaqişə vəziyyətinə səbəb olması bu ölkə ilə yanaşı, bölgədə də sülhə və sabitliyə ciddi təhlükədir. Bu səbəbdən bütün tərəflər sağlam fikirlə hərəkət etməli, bölgədə sülhə və sabitliyə təhlükə yaradan birtərəfli addımlardan qaçmalı, diplomatik davranışa üstünlük verməlidirlər(azərtac).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA