Qazaxıstanda matəm elan olundu

img

27-12-2019 [11:52]


Almatıda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin xatirəsinin yad etmək məqsədi ilə dekabrın 28-i Qazaxıstanda ümummilli matəm günü elan olunub.

Mia.az xəbər verir ki, bunu Qazaxıstan prezidentinin mətbuat katibi Berik Kurmanqali bildirib.

Ölkə Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb.Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. 

Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Komitəsinin nümayəndəsi Nursultan Nuraxmetov deyib ki, qəza nəticəsində 12 nəfər ölüb, 49 nəfər xəsarət alıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA