İCRA BAŞÇISININ MAŞINI PARTLADILDI - Rusiyada

img

26-12-2019 [14:03]


Rusiyanın Voronej vilayətinin Ramon rayonunun rəhbəri Nikolay Frolova qarşı sui-qəsd olub. 

TASS-ın verdiyi xəbərə görə, N. Frolov avtomobilinə əyləşdiyi vaxt maşına yerləşdirilən partlayıcı qurğu işə düşüb.

Hadisə nəticəsində o, sağ qalsa da, xəsarət alıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N. Frolov əməliyyat olunacaq.  

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Voronej vilayəti qubernatorunun müavini Vitali Şabalaov bildirib ki, N. Frolovun vəziyyəti stabildir. Onun sözlərinə görə, hadisə nəzarət altına götürülüb.

43 yaşlı N. Frolov 2018-ci ilin iyulundan etibarən adıçəkilən rayona rəhbərlik edir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA