"Rusiyadan başqa heç bir ölkədə qitələrarası uzaqlıqda hipersəsli silah mövcud deyil" - Putindən dünyaya mesaj

img

24-12-2019 [21:33]


“Dünyada hipersəsli silahın olduğu yeganə ölkə Rusiyadır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Müdafiə Nazirliyinin geniş kollegiya iclasında deyib.

“Dünyada unikal bir vəziyyət yaranıb. Rusiyadan fərqli olaraq heç bir ölkədə qitələrarası uzaqlıqda hipersəsli silah mövcud deyil. Qoşunlarda artıq “Kinjal” və “Peresvet” hipersəsli komplekslər döyüş növbəsi aparır. Qitələrarası hipersəsli “Avanqard” kompleksinin birinci bölüyünün təminatına başlanılıb. “Sarmat” və “Tsirkon” raketlərinin, nüvə mühərrikli qanadlı “Buravestnik” raketlərinin üzərində iş plan üzrə gedir”, - deyə Rusiya Prezidenti vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA