Əli Nağıyevin qəza xəbəri yalan çıxdı, APA generaldan üzr istədi

img

12-09-2013 [13:12]



"Əli Nağıyevin özü də, sürücüsü də hazırda işdədir”. Bunu APA-ya Baş Prokurorluqdan qurumun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin yol qəzasına düşməsi barədə xəbəri şərh edərkən ildiriblər.

Məlumata görə, dünən Ə. Nağıyevin sürücüsünün idarə etdiyi avtomobil Türkiyə səfirliyi qarşısında yüngül qəza törədib.

Qəza zamanı Ə. Nağıyev avtomobildə olmayıb. Onun sürücü də hadisə nəticəsində heç bir xəsarət almayıb.

Qeyd edək ki, qəzanın baş verməsi xəbərini APA-ya Nəsimi Rayon Polis İdarəsi təsdiqləyib.

İlkin yayılan xəbərdə Ə. Nağıyevin hadisə nəticəsində xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.

APA yanlışlığa görə oxucularından və Ə.Nağıyevdən üzr istəyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA