TRAMP TÜRKİYƏYƏ QARŞI SANKSİYA PAKETİNİ İMZALADI - Nələr "qara siyahı"ya alındı?

img

21-12-2019 [09:52]


ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyanı da özündə əks etdirən 738 milyard dollarlıq müdafiə büdcəsini təsdiq edib.

Mia.az bildirir ki, sanksiya layihəsində Türkiyənin Rusiyadan aldığı S-400-lərin ABŞ-ın təhlükəsizliyinə ciddi problem yaratdığı bəyan edilib. Və bu üzdən ABŞ Türkiyəni ortaq olduğu F-35 layihəsindən nəinki çıxarıb, eyni zamanda, Ankaraya satılacaq 100 ədəd qırıcının təhvil verilməsi də dayandırılıb.

Paketə görə, Türkiyə S-400 raketlərinin alınmasından əl çəkməzsə, gələcəkdə daha ciddi iqtisadi sanksiyaların tətbiqi də gündəmə gətiriləcək.

ABŞ Konqressinin qəbul etdiyi, Trampın isə bu gün imzaladığı sənədə əsasən, Türkiyəyə qarşı sanksiya yalnız bir halda dayandırıla bilər: "Türkiyə Rusiyadan S-400 raketlərinin alınmasını dayandırarsa, yaxud buna bənzər hər hansı bir silah alınmayacağına təminat verən sənədləri Konqresin Beynəlxalq Əlaqələr Komitəsinə təqdim edəcəyi halda, layihəyə təkrar baxıla bilər".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA