"Bu, siyasi intihardər" - Ağ Evdən bəyanat

img

19-12-2019 [09:29]


ABŞ prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasında impiçment proseduru çərçivəsində ona qarşı irəli sürülən maddələr üzrə səsverməni Demokrat Partiyasının siyasi intiharı adlandırıb.

Ağ Ev rəhbəri belə bəyanatla Miçiqan ştatında tərəfdarları qarşısında çıxış edib.

"Bu qanunsuz və siyasi impiçment Demokrat Partiyasının siyasi intihar marşıdır", - o deyib.

Qeyd edək ki, daha əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti üzrə iki - "Səlahiyyətlərin aşılması" və "Konqresə mane olma" maddələrinə səs verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA