Ordu sabiq prezidentin edamına qarşı çıxdı: "Müşərrəf heç bir halda xain ola bilməz"

img

17-12-2019 [23:49]


Pakistan Silahlı Qüvvələri xüsusi məhkəmənin ölkənin sabiq prezidenti Pərviz Müşərrəf haqqında qəbul etdiyi edam hökmü barədə qərarına etiraz edib.

Ordunun mətbuat xidməti bununla bağlı bəyanat yayıb.

“General Pərviz Müşərrəfin işində xüsusi məhkəmənin qərarı ağrı və təəssüf hissi doğurur. Ordu qərargahının keçmiş komandiri, Baş Qərargah Rəisləri Komandanlığının sədri və 40 ildir ölkəsinə xidmət etmiş, dövləti uğrunda döyüşlərdə iştirak edən Pakistan prezidenti heç bir halda xain ola bilməz. Pakistan Silahlı Qüvvələri ölkə konstitusiyasına uyğun olaraq ədalətin təmin olunmasını gözləyir”.

Qeyd edək ki, Pakistanın xüsusi məhkəməsi ölkənin sabiq prezidenti Pərviz Müşərrəf haqqında edam hökmü çıxarıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA