Korrupsiyaya yol verən direktor barədə cinayət işi başlanıb

img

11-09-2013 [11:56]


Bakıda təhsil müəssisəsinin rəhbəri külli miqdara dövlət vəsaitini mənimsədiyi üçün işdən azad olunaraq cinayət məsuliyyətinə cəlb olunub.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri Zəminə Əliqızının ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə İdarənin illik hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, Bakıda fəaliyyət göstərən 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktorunun işçilərinin plastik kartları vasitəsilə bankomatdan külli miqdarda dövlət vəsaiti mənimsəməsi və yol verdiyi digər nöqsanlar araşdırılıb. Korrupsiyaya yol verən direktor barədə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA