8 partiyanın dövlət qeydiyyatı ləğv olundu - Seçkilərdə iştirak etmədikləri üçün + SİYAHI

img

17-12-2019 [12:50]


Rusiya Ədliyyə Nazirliyi seçkilərdə iştirak etmədiyi üçün 8 partiyanın dövlət qeydiyyatını ləğv edib.

Məlumatı RİA “Novosti” yayıb.

Qeydiyyatı ləğv edilən siyasi təşkilatlar bunlardır: Qadınlar Rusiya Uğrunda, Yaşıllar Birliyi, Şəhərlilər İttifaqı, Rusiya Xalq Partiyası, Rusiya Sosial-Demokrat Partiyası, Rusiya Pensiyaçılar Partiyası, Rusiya Şəhəri və Rusiya Aqrar Partiyası.

Məhkəmə daha 3 siyasi partiyanın - Xalq Alyansı Partiyası, Monarxiya Partiyası və Doğru İnsan Ümumrusiya Partiyasının dövlət qeydiyyatının ləğvi barədə qərar çıxarıb. Amma həmin qərar hələlik qüvvəyə minməyib. Bu istiqamətdə araşdırmaların davam etdiriləcəyi bildirilib/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA