Komitə sədrinin qardaşının həbsdə olan şəriki Rusiyaya köçürülməsini istəyir - məhkəmə

img

10-09-2013 [17:43]



 Sentyabrın 25-də Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə "Azər-Ross” MTK-nın rəhbəri Əflatun Piriyevi qətlini sifariş verməkdə günahlandırılan və tikinti biznesində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı İbrahim İbrahimli ilə də şərik olduğu məhkəmə proseslərində tez-tez qabardılan Hümbət Məmmədov və qətlin icraçılarının apelyasiya şikayəti üzrə hazırlıq iclası keçiriləcək.

Bu barədə yayılan xəbərdə o da bildirilir ki, H.Məmmədov yenidən Rusiyaya ekstradisiya olunması üçün Azərbaycanın və Rusiyanın müvafiq qurumlarına məktublar yazıb. O, Rusiya vətəndaşı olmasını iddia etməklə qonşu dövlətə təhvil verilməsini istəyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA