Zənurə Talıbovaya yeni vəzifə verildi - İİTKM-də təyinat

img

13-12-2019 [13:45]


Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) kommunikasiya departamentinə yeni rəhbər təyinatı olub.

Mia.az xəbər verir ki,  İİTKM-in icraçı direktoru Vüsal Qasımlının müvafiq əmri ilə bu vaxta qədər departamentdə PR meneceri kimi fəaliyyət göstərən Zənurə Talıbova Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Zənurə Talıbova təhsilinə 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində başlayıb. Magistr təhsilini 2005-ci ildə Gürcüstanda Qafqaz Jurnalistika və Media İdarəçiliyi məktəbində alıb. Daha sonra 2009-2011-ci illərdə Azərbaycan İqtisadi Universitetində maliyyə və kredit ixtisası üzrə ikinci təhsil alıb. Uzun müddət televiziya sahəsində peşəkar fəaliyyət göstərdikdən sonra karyerasını 2016-cı ildən İİTKM-də davam edib.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 40-a qədər (veb-saytlar, elektron portallar, sosial şəbəkələrdə və vikipediyada səhifələr və s.) elektron resurs üzərindən güclü kommunikasiya həyata keçirir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA